DÜNYA

Venesuela OPEK-ə öz kriptovalyutasını təqdim edəcək
08 NOYABR
76

Venesuela OPEK-ə öz kriptovalyutasını təqdim edəcək

2018-11-08 11:33:00

Fins.az-ın məlumatına görə Venesuela hakimiyyəti OPEK ölkələrinə özünün "petro" kriptovalyutasını hesablaşma vasitəsi kimi təqdim edəcək.Bu barədə ölkənin neft sənayesi naziri Manuel Kevedo məlumat verib. M.Kevedo deyib: "Biz OPEK-də 2019-cu ilin birinci rübündə "petro"nu dünyada neft ticarəti üçün valyuta kimi təqdim edəcəyik.Biz bütün məhsullarımızı bu kriptovalyuta ilə satacağıq". Qeyd edək ki, "petro"nun satışları fevral ayında başlayıb. Venesuelanın kriptovalyutasının qiyməti ölkədə hasil olunan neftin bir barrelinə bərabərləşdirilib və 60 dollara yaxın təşkil edir.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258