DÜNYA

Bu il Ukraynadan neftin tranzit nəqli 5%-dən çox azalıb
07 NOYABR
96

Bu il Ukraynadan neftin tranzit nəqli 5%-dən çox azalıb

2018-11-07 17:35:00

Fins.az  “Report”a istinadən məlumat verir ki,bu ilin yanvar-oktyabr aylarında “Ukrtransnafta” şirkətinin neft kəmərləri vasitəsilə Avropa ölkələrinə neftin tranziti 2017-ci ilin analoji dövrü ilə müqayisədə 628 min ton və ya 5,4% azalaraq 11,11 mln. ton təşkil edib. Bu barədə “Ukrtransnafta” şirkətinin statistik məlumatlarında deyilir.

Bu müddət ərzində neft emalı zavodlarına neft kəmərləri ilə neftin ötürülməsi 56 min ton və ya 3,3% artaraq 1,74 mln. ton olub.

2018-ci ilin oktyabr ayında isə neft tranziti 1,23 mln. ton olub ki, bu da 2017-ci ilin oktyabr ayı ilə müqayisədə 21% azdır. Ötən ay ərzində neft emalı zavodlarına neftin ötürülməsi də 1% azalaraq 192 min ton təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258