DÜNYA

Rusiya və Çin milli valyutalarda hesablaşma müqaviləsi imzalayacaq
07 NOYABR
125

Rusiya və Çin milli valyutalarda hesablaşma müqaviləsi imzalayacaq

2018-11-07 13:22:00

2018-ci ilin sonuna qədər Rusiya və Çin milli valyutalarda hesablaşma müqaviləsi imzalayacaq.Bu barədə Rusiyanın Beynəlxalq Bankının rəhbəri İqor Şuvalov Rusiya-Çin hökumətlərarası danışıqların yekunlarına dair açıqlamasında bildirib. Şuvalov deyib "Rusiyanın artıq öz sistemi var  eynilə Çinin öz sistemi var. Bu sistemləri hesablamaları həyata keçirmək üçün necə istifadə edəcəyimiz barədə düşünməliyik. Sxem işləməlidir və müqavilədə  öz əksini tapmalıdır " Onun sözlərinə görə, danışıqlar zamanı Çin tərəfi belə bir müqaviləni bağlamağa maraq göstərib. "Çin tərəfi üçün bu müqavilə  daha çox maraq doğurur.Görüşlər zamanı Çin rəsmiləri bildiridi ki, razılaşma mümkün qədər tez imzalanmalıdır" deyə İqor Şuvalov qeyd edib  Fikirlərinin davamında Şuvalov Rusiya Federasiyası ilə Çin arasındakı milli valyutalarda bu cür əməkdaşlıq sisteminin formalaşdırlmasının vacibliyini bildirib.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250