DÜNYA

Cənubi Koreyadan İrana böyük iqtisadi jest
06 NOYABR
246

Cənubi Koreyadan İrana böyük iqtisadi jest

2018-11-06 17:12:00

Fins.az “Report”a istinadən  xəbər verir ki, Cənubi Koreya ayda təxminən 4 mln. barel İran neftini idxal edə biləcək.Bu barədə “S&P Global Platts” 3 mənbəyə istinadən xəbər yayıb.Cənubi Koreya ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların müvəqqəti olaraq şamil olunmadığı 8 ölkədən biridir.Mənbələr bildirib ki, ABŞ-ın Cənubi Koreyaya İrandan neft idxalına icazə verməsi rahatlıq yarada bilər, amma Cənubi Koreyadakı neft emalı zavodları üçün indiyədək alınan İran neftinin yarısından çoxunu idxal etmək çətin olacaq.Koreya Milli Neft Korporasiyasının məlumatına görə, 2017-cı ildə Cənubi Koreya İrandan ayda 12,32 mln. barel, bu ilin I yarısı ərzində isə ayda təxminən 8,34 mln. barel xam neft və kondensat idxal edib.ABŞ-ın güzəştinin 6 ay davam edəcəyini nəzərə alaraq Cənubi Koreya idxalı şaxaləndirməyə çalışacaq.“SK Innovation”indən bildirilib ki, yanvarın əvvəlindək İrandan kondensat alışı davam etdiriləcək, amma xam neft və kondensat mənbələri şaxələndirilməyə çalışılacaq.Şirkətdən bildirilib ki, digərləri ilə yanaşı, ABŞ və Rusiya neftinə də baxılır.Şirkət iyul ayınadək “Cənubi Fars” yatağından ayda 1 mln. barel  kondensat, 1-2 mln. barel isə “Forozarn” xam nefti alıb.Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İrana qarşı neft ixracını əhatə edən əlavə sanksiyaları qüvvəyə minib. ABŞ dövlət katibi Mayk Pompeo isə Vaşinqtonun Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyənin neft sanksiyalarından müvəqqəti yayınmasına icazə verdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250