DÜNYA

Avropa Birliyindən Venesuellaya sanksiyalarla bağlı yeni qərar
06 NOYABR
109

Avropa Birliyindən Venesuellaya sanksiyalarla bağlı yeni qərar

2018-11-06 16:58:00

Fins.az-ın məlumatına görə Avropa birliyi ölkədəki mövcud inkişafın fonunda Venesuellaya silah embarqosu,səyahət yasağı,əmanətlərin dondurulmasını nəzərədə tutan məhtudlaşdırıcı tədbirlərin müddətini 1 il uzatmaq qərarı qəbul edib.

Avropa Birliyinin yayımladığı yazılı açıqlamada daxili təzyiqi artıran nəqliyyat vasitələri və silah embargosu ilə demokratik prinsiplərə və hüququn üstünlüyünə önəm verməyən,insan haqlarını nəzərə almayan 18 rəsmi şəxslə bağlı səyahət yasağı və əmanətlərinin dondurulmasını nəzərdə tutan məhtudlaşdırıcı tədbirlərin müddətinin 14 noyabr 2019-cu ilə qədər uzatdığı bildirilib.

Məhtudlaşdırıcı tədbirlərin demokratik həll yollarının və ölkədəki siyasi sabitliyin hədəfləndiyi qeyd edilən açıqlamda,problemlərin həllini nəzərdə tutan müzakirələrdə siyasi tərəflərin iştrakının təmin edilməsi vurğulanıb. Sənəddə həmçinin məhtudlaşdırıcı tədbirlərin hədəfinin  Venesuella olmadığı xüsusi vurğulanaraq,avropa birliyinin problemlərin həll müddətini dəstəkləyəcək əlaqə qrupu qurmaq yönündə işlər apardığı da bildirilib.

 

                                                                                                                                                                                   Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258