DÜNYA

Tofiq Abbasov Böyük Britaniyada baş verən böhranın səbəblərini açıqladı
06 NOYABR
176

Tofiq Abbasov Böyük Britaniyada baş verən böhranın səbəblərini açıqladı

2018-11-06 15:24:00

Fins.az xəbər verir ki, İngiltərədə hazırki dövrdə müşahidə olunan, sənaye böhranının səbəbləri barədə açıqlama verən iqtisadi ekspert Tofiq Abbasov deyib ki, “Böyük Britaniyada yaşanan sənaye böhranının əsas səbəblərindən biri də ölkənin sərhədlərinin müqəddaratında müəyyən müəmmalar və sualların olmasıdır.Digər tərəfdən borcların ödənilməsi və diğər məsəllər mövcuddur. Tərəflərin hər birinin biri-birinə qarşı iddiaları var.Təsadüfi deyil ki, tək Britaniyada Avropa İttifaqında deyil eləcə də Amerikada və digər vacib geoiqtisadi oyunçular bu məsələ ilə bağlı konkret bir fikir bilmək istəyirlər ki,tərəflər o münaqişədən necə çıxacaqlar .Yəni Britaniya ödənişlərdə minimal kodirovkalara meyil göstərirsə Avropa İttifaqı da Britaniyanın ittifaqdan çıxması ilə bağlı çalışır ondan maksimal dərəcədə xeyrini götürsün.Fikirlərinin davamında ekspert  bildirib ki,problemlərdən biri də prosedur məsəllərin həllidir sonra sərhədlərin müqəddaratıdır,insanların resursların kapitalların sərhədlərdən kənara çıxmasıdır,istər istəməz xərclərə gəlib dirənir"

-Bəzi ekspertlər hesab edir ki, sənaye böhranının qarşısını almaq üçün İngiltərənin Avropa İttifaqından çıxması ilə bağlı təkrar referendum keçirilməlidir. Siz necə fikirləşirsiniz İngiltərədə təkrar referenduma ehtiyac var?

Britaniyada belə bir abu- hava var ki, yenidən referendum keçirilsin ancaq Tereza Mey hakimiyyətdə olan kabinetin rəhbəri kimi bildirib ki,Britaniyanın qərarı qətidir,referendum keçirilib və referendum məsələsinə bir daha qayıtmağa heç ehtiyac yoxdur. Ölkə mütləq şəkildə Avropa İttifaqından çıxmalıdır. Ancaq onun fikrinə görə Avropa İttifaqından çıxmaq münasibətləri həmişəlik qırmaq anlamına gəlməməlidir. Bu proses tam bitdikdən sonra tərəflər yeni münasibətlərin formalaşdırmaq barədə yenidən danışıqlar apara bilərlər. Avropa İttifaqından hər hansı dövlətin ayrılması ilk dəfə olduğuna görə bu uzun müddətli və böyük problemlər müşaət olunur.  Bundan sonra başqa bir dövlət Avropa İttifaqından çıxmaq istəsə o zaman Britaniya örnəyi müsbət rol oynaya bilər. Ancaq inanmıram bundan sonra Avropa İttifaqının Britaniya ilə yoları hər hansı məsələdə kəsişsin.Britaniyanın Avropa İttifaqından ayrılması qərarının kökündə başqa məsəllər dayanır.Britaniya Avropa İttifaqında qalsa birincisi öz valyutasından imtina etməlidir,öz ərazisinin Şengen ərazisinə qatılmağına icazə verməlidir.Britaniya buna görə ehtiyatlı bir yanaşma nümayiş etdirirdi. Britaniya bütün tarixi boyu öz mühavizəkar yalnız öz vətəndaşına və dövlətinə aid problemlərin həllinə meyilli olub. Bir sözlə Britaniya Avropada hər gün daha çox artan ,sosial böhran,iqtisadi çətinliklər,miqrantların problemlərinin həlli və bu kimi məsəllərdən özünü kənarda saxlamağa çalışır.

Müəllif:Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250