DÜNYA

D.Trump borcların ödənilməsi ilə bağlı vədini niyə yerinə yetirmir?
06 NOYABR
81

D.Trump borcların ödənilməsi ilə bağlı vədini niyə yerinə yetirmir?

2018-11-06 11:56:00

Fins.az -ın məlumatına görə ABŞ prezidenti Donald Trump,Amerikan dövlət  borcunun çox olduğunu bildirərək  yenidən borcun tamamilə ödənilməsi vədini verib. Əslində borclar artmaqda olan ABŞ büdcəsinin kəsirləri ilə birlikdə çoxalır. Prezident administrasiyası yüksək müdafiə xərcləri və təhsil və səhiyyə xərclərinin azaldılması üçün tənqid olunmaqda davam edir. ABŞ prezidenti Donald Trump hökümətin borcunun çox olduğunu vurğulayaraq bu borcların  ödəməyə başlanacağını bildirib.Trupın prezidentlik müddətində ABŞ-ın dövlət borcu 1,7 trilyon dollar artıb.Belə ki, 2018-ci maliyyə ili üçün ABŞ-ın milli borcu 1,2 trilyondan çox artaraq sentyabr ayında 21,516 trilyon dollar təşkil edib. Bu, ölkənin tarixindəki maksimum göstəricidir.2016-cı ildə seçkiqabağı kompaniyası zamanı  Trump prezidentlik müddətində milli borcunu tamamilə geri ödəməyi vəd etmişdi.ABŞ büdcəsinin kəsirləri çoxaldığı üçün dövlət borcu da artır. Qanuna uyğun olaraq ABŞ 2019-cu ilin mart ayına qədər məhtudiyyətsiz şəkildə borc ala bilər Trump 10 il ərizndə 1.9trilyon dollara çatacağı proqnozlaşdırlan vergi gəlirlərinin azalmasına görə də tənqid olunur.Bundan əlavə, müdafiə xərclərinin ciddi artımı - 2018 və 2019-cu illərdə təxminən 150 milyard dollar olması da - mənfi qiymətləndirilir.. 2018-ci maliyyə ilində ölkənin büdcə kəsiri 17% artaraq 782 milyard dollara çatıb. Ağ Ev planlarına əsasən oktyabrın 1-də başlayan maliyyə ilində büdcə kəsiri 1 trilyon dollara çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258