DÜNYA

Avropa Birliyi İrana qarşı sanksiyaları dəstəkləmir
05 NOYABR
105

Avropa Birliyi İrana qarşı sanksiyaları dəstəkləmir

2018-11-05 17:43:00

Fins.az xəbər verir ki, Avropa Birliyinin Komissiyasının İqtisadi və Maliyyə işlərinə məsul üzvü Pierre Moscovici,ABŞ-ın İrana təkrar sanksiya tətbiqini dəstəkləmədiyini bildirib. Pierre Moscovici Franceinfo radiosuna ABŞ-ın 2015-ci il nüvə müqaviləsi çərçivəsində aradan qaldırılan bütün İranla bağlı sanksiyaların yenidən tətbiqi ilə bağlı açıqlama verib. Moscovici “Avropa Birliyi  ABŞ-ın İrana təkrar sanksiya tətbiq etməyini dəstəkləmir” ifadəsindən istifadə edib. ABŞ-ın İrana yönəlmiş ikinci sanksiya paketinin icrasına180 günlük müddətin başa çatmasından sonra bu gün başlanılacaq.Bu gündən etibarən İran Xalq Neft Şirkəti,İran Neft Ticarət şirkətinə beynəlxalq məhtudiyyətlər tətbiq ediləcək. İqtisadiyyatının böyük hissəsi neftə əsaslanan İranın neft və neft məhsullarının satışına sanksiyalar tətbiq olunacaq.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259