DÜNYA

Xamneyi ABŞ-ın iqtisadi sanksiya tətbiqi ilə bağlı qərarına cavab verdi
05 NOYABR
92

Xamneyi ABŞ-ın iqtisadi sanksiya tətbiqi ilə bağlı qərarına cavab verdi

2018-11-05 16:33:00

Fins.az xəbər verir ki, bu gün ABŞ İrana qarşı sanksiyaların tətbiqinə başlayıb. ABŞ –ın tətbiq edəcəyi sanksiyalar əsasən İranın neft sektoruna məhtutdiyyətlərin tətbiqini nəzərdə tutur. Rəsmi Tehran bəyan edib ki, Vaşinqtonun siyasəti neft ixracına mane ola bilməyəcək. Əli Xamneyi Tehrandakı Azadi stadionunda on minlərlə Besiç milisi və İran İnqilab Keşikçiləri Qvardiyasının yüksək səviyyəli komandanlarının ABŞ prezidenti Trampın BMT Baş Məclisinin iclasında avropalı liderlərə “İran rejiminin ABŞ-ın sanksiyalarına görə gələcək aylarda tənəzzül edə biləcəyini” söylədiyini bildirən Xamneyi ölkəsinin ABŞ-ın təzyiq və iqtisadi böhranlara görə həssas dövrdən keçdiyini bildirib. Xamneyi xarici düşmənlərin nəzarətindəki medianın kimyəvi silahlar qədər təhlükəli ola biləcəyini də deyib.

Qeyd edək ki, ABŞ ilə İran arasındakı əlaqələr Donald Tramp rəhbərliyinin İranlı 2015-ci ildə imzalanan nüvə proqramına dair razılaşmadan çıxması və bu ölkəyə tətbiq olunan sanksiyalara geri qayıtması səbəbindən pis vəziyyətdədir.

 Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251