DÜNYA

Apple-ın qazancı 41% artaraq rekord qırdı
05 NOYABR
60

Apple-ın qazancı 41% artaraq rekord qırdı

2018-11-05 13:38:00

Azfinance-ın fins.az-a verdiyi məlumata görə Apple kvartal üçün güclü nəticələr verib. Şirkətin səhm üzrə qazancı 2,91 dollara çatıb, lakin investorlar cari ilin üçüncü rübündə şirkətin nəticələrindən razı qalmayıb. Apple-ın  əvvəlki qiymətləri ilk dəfə 7,7 azalsa da daha sonra yüksəlib.

Bu ilin son rübündə Apple-ın xalis mənfəəti proqnozları ötüb və 32% artaraq 14,13 milyard dollar təşkil edib. Şirkətin analitikləri 13,5 milyard dollar həcmində artım proqnozlaşdırsa da səhm üzrə mənfəət  Apple-ın tarixində mütləq rekord qıraraq 41 faiz-ə qədər artıb. Apple-ın gəlirləri keçən ilin eyni dövrünə nisbətən təxminən 20 faiz artıb və 62,9 milyard dollara çatıb. İlin yekunları üzrə 61,57 milyard dollar səviyyəsində gəlirin olacağı gözlənilir.

 

Son 3 ayda gəlirlərin böyük hissəsi iPhone satışının payına düşür. Satışa çıxarılan daha ucuz iPhone XS və iPhone XS Max bazarına daxil edildikdən sonra gəlirlər  28,91% artaraq 37,19 milyard dollar təşkil edib.

 App Store və Apple Music daxil olmaqla şirkətin bu tip xidmətləri ikinci ən çox gəlir gətirən sahəsi olub. Üç aylıq dövrdə gəlirlər rekord səviyyəyə yüksəlib, 17 faizdən çox artaraq 9,98 milyard dollara çatıb.

Üçüncü yerdə isə  Mac kompyuterlərinin satışı qərarlaşıb.Belə ki, Apple-ın Mac kompyuterlərinin satışından  əldə etdiyi gəlir 3,4 faiz artaraq 7,4 milyard dollara çatıb.

 

Müəllif: Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258