DÜNYA

Türkiyə ilə Pakistan sərbəst ticarət müqaviləsi imzalayacaq
05 NOYABR
82

Türkiyə ilə Pakistan sərbəst ticarət müqaviləsi imzalayacaq

2018-11-05 11:00:00

Pakistanın prezidenti Arif Avi İstanbula son səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan ilə “Sərbəst Ticarət müqaviləsi” ilə bağlı müzakirələr apardıqlarını bildirib.Hələ konkret nəticələr əldə olunmadığını  vurğulayan Pakistan prezidenti  ”Maneələr aradan qaldırılacaq,Türkiyə və Pakistan Sərbəst ticarət müqaviləsi imzalayacaq.İki ölkə arasında ticarət həcmi ildə 1 milyarddan 600 milyon dollara düşüb.İkitərəfli əlaqələrin artırılması üçün  daha ciddi və konkret addımların atılmasına ehtiyac olduğuna qərar verdik”

Prezident Avi  türk iş adamlarının Pakistanla iş birliyənə maraqlı olduğunu xüsusi qeyd edərək  “Türk investorlar Pakistanda müxtəlif  sektorlarda  sərmayə qoymağa maraqlıdır.Dörd türk şirkəti Pakistanda 1.5 milyard dollarlıq investisiya qoymaq üçün hazır olduqlarını ancaq müzakirəsi vacib müəyyən məsəllər var” deyib.

Qeyd edək ki,oktyabrın 29- da Cümhuriyyət bayramı və İstanbul Hava limanının açılış mərasimində iştirak üçün Türkiyəyə səfər edən Pakistan prezidenti Arif Avi Türkiyə prezidenti Receb Tayyib Erdoğan ilə görüşmüşdü.

 Eləcə də bax:“Triumf”-un haqqı rus rublu ilə ödəniləcək

Müəllif:  Aynur Qəniyeva

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258