DÜNYA

ABŞ İran şirkətlərilə əməkdaşlığa rəsmən icazə verib
05 NOYABR
130

ABŞ İran şirkətlərilə əməkdaşlığa rəsmən icazə verib

2018-11-05 10:17:00

ABŞ  Xəzinə Nazirliyi tərəfindən verilən açıqlamada Azərbaycanın Şahdəniz yatağından  hasil edilən təbii qazın Türkiyəyə və buradan Avropaya daşıyacaq layihələrdə İranlı şirkətlərlə əməkdaşlıq edilməsi üçün rəsmən icazə verilib.

Açıqlamada bu icazənin Türkiyə və Avropanın enerji  təhlükəsizliyini təmin etmək üçün şirkətlərin Rusiya ilə İran hökümətlərindən aslı olmadan enerji sahəsində müstəqil strateji addımlarına kömək etmək məqsədi ilə verildiyi bildirilib.Nazirlik icazə ilə bağlı detalların bu gün ətraflı şəkildə açıqlanacağını bildirib.

Eləcə də bax:Yəmən neft hasilatını və ixracını bərpa edəcək

Qeyd edək, Azərbaycanın 19% paya sahib olduğu TANAP vasitəsilə Azərbaycan qazının Türkiyədən Avropaya daşıyacaq Şahdəniz 2 layihəsi üzrə  Türkiyəyə qaz ixracı iyul ayında başlamışdır. Şahdəniz yatağının qaz ehtiyatı 2, 16 milyard kubmetr həcmində proqnozlaşdırılır.

Müəllif: Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257