DÜNYA

“Triumf”-un haqqı rus rublu ilə ödəniləcək
02 NOYABR
153

“Triumf”-un haqqı rus rublu ilə ödəniləcək

2018-11-02 15:00:00

Rusiyanın baş Nazirinin müavini Yuriy Borisov jurnalistlərlə söhbətində bildirib ki, Hindistanla  Zenit raket kompleksi S-400 “Triumf”-un haqqı  rus rublu ilə ödəniləcək. O, dəqiq məbləği deməyib. Oktyabrın 2-də Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bildirmişdi ki, Nyu-Deli 5 polk kompleksi alacaq ödəniş 5 milyard yaxud 330 milyon rubl –dan çox olacaq məbləğ mərkəzi bankının hazırkı kusu ilə ödəniləcək

Oktyabın 23-də “Rosoboroneksport” un rəhbəri A.Muxeeyev Moskva və Nyu-Deli arasındakı müqavilədə qeyd olunan milli valyuta ilə hesablaşma qeyd olunmuş bəndlə bağlı açıqlama verib.Ancaq o da  hesablaşmanın  rubl yaxud rupi ilə aparılacağını  dəqiqləşdirməyib. "Bu, postsovet məkanında Rusiyanın tarixində ən böyük dollarla olmayan bir müqavilədir. "Rosoboronexport" və Federal Hərbi-Texniki Əməkdaşlıq Xidməti rəhbərləri bir neçə dəfə ixrac müqavilələrində dollardan imtina etmək barədə danışıblar. Bu mövzu "Ordu-2018" də müzakirə olundu. Və burada nəticə var " deyə “Eksport Voorujeniy” jurnalının baş redaktoru Andrey Frolov” qeyd edib

Hindistan C-400  Zenit raket komplekslərini Çin və Türkiyədən sonra alan 3 cü dövlətdir.S-400 –ün satınalınması ilə bağlı müqavilə təxminən üç ildir hazırlanır. Hindistan hava hücumunda müdafiə sistemini satın almaq niyyəti haqqında ilk dəfə rəsmi  olaraq 2015-ci ilin payızında  Moskvaya müraciət etmişdi.2018-ci ilin yazında rəsmi Moskva və Nyu-Deli müqavilənin detallarını razılaşdırdılar. Oktyabrın 5-ində Rusiya prezidenti Vladimr Putin və   Hindistanın baş naziri İndira Narenda Modi arasında C-400  Zenit raket komplekslərinın alınması ilə bağlı müqavilə imzalandı.Hindistanın Economic Times qəzetinin mütəxəsisləri bildirib ki, Nyu-Deli Rusiyaya müqavilədə nəzərdə tutulan məbləğin 15% -ni qabaqcadan ödəyəcək, qalan məbləğ isə çatdırılma qrafik əsasında ödəniləcək.Hindistan 1-ci komplekti 2 il ərzində almalıdır.

Hindistan Rusiya silahlarının ən böyük alıcılarından biridir. İki ölkə arasında rekord həddə satış 2015-ci il ildə baş tutub- Moskva  Nyu-Deliyə 4 mild dollarlıq  silah satıb  (bu Rusiyanın silah ixracının 25 faizindən bir qədər azdır). Önümüzdəki illərdə Hindistanın Rusiyadan yüzlərlə T-90 tankı və yeni təyyarə alması gözlənilir."Triumph" in alınması üzrə danışıqların yekun hissəsində və müqavilə imzalandıqdan sonra, Hindistan hakimiyyəti ABŞ-ın  təhdidlərinə məruz qaldı. Vaşinqton, Nyu- Deli-nin C-400-dən imtina etməsini, 2017 CAATSA ("Amerikaya qarşı çıxanlara sanksiya ilə qarşı çıxmaq haqqında") qanununa  uyğun olaraq sanksiyalar tətbiq edecəyi barədə xəbərdarlıq etdi.

Bu sənəd ABŞ prezidentinə "pozucuların" aktivlərini dondurmağa və Rusiya Federasiyasının müdafiə sənayesi kompleksi ilə "əhəmiyyətli əməliyyatlar" üçün maliyyə institutları ilə əməkdaşlığı inkar etməyə imkan verəcəkdir. Təcrübədə məhdudlaşdırıcı tədbirlərə dövlətlər arasında vəsait köçürmələrini  maneə yaradılması nəzərdə tutulur.

2018-ci il sentyabrın ortalarında ABŞ Maliyyə Nazirliyi ilk dəfə  CAATSA-a müraciət etdi. Çin Ordusunun Mərkəzi Hərbi Şurasının və onun rəhbəri Li Shanfunun avadanlıqlarının inkişaf etdirilməsi şöbəsinə C-400 və Su-35 alınmasına 5 milyard dollardan çox məbləğ ayrılmasına razılıq verildi. Birləşmiş ştatlar inzibati instutları maliyyə əməliyyatlarının qarşısını Amerika qanunları ilə aldılar

Mütəxəssislər bildirirlər ki, ABŞ dollarının qlobal konvertasiya edilə bilən valyutadır. Dollarlarla kontraktların qiymətləndirilməsi  beynəlxalq ticarət üzrə qarşı tərəflərin hesablanması prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır. SWIFT banklararası hesablaşmalarının beynəlxalq təşkilatının məlumatına görə, ödənişlərin təxminən 40% ABŞ valyutasında həyata keçirilir.

 russian.rt.com

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255