DÜNYA

ABŞ-dan Venesuelaya "qızıl" sanksiyası
02 NOYABR
99

ABŞ-dan Venesuelaya "qızıl" sanksiyası

2018-11-02 09:23:00

Donalald Tramp, Prezident Fərmanı ilə ABŞ Xəzinə Nazirliyinə Venesuelanın qızıl sektoruna sanksiya tətbiq edilməsi göstərişini verib. Fins.az xəbər verir ki, Fərmanda, tətbiq olunacaq sanksiya qərarının, "Venesuela Prezidenti Nikolas Maduro və ətrafının ölkənin sərvətlərini öz maraqları üçün istifadə etdiyi, Venesuelanın təbii sərvətlərini talan etdiyi və venesuelalıların əsas ehtiyaclarını yerinə yetirilməməsi səbəbindən ortaya çıxan regional miqrasiya böhranı" səbəbilə verildiyi qeyd edilib.

Prezident Tramp, imzaladığı fərmanla ABŞ Xəzinə Nazirliyinə sanksiyaları digər sahələri əhatə edəcək şəkildə genişləndirmək səlahiyyəti də verib.

Sanksiyalar çərçivəsində, amerikalıların Venesuelanın qızıl sektorunda fəaliyyət göstərən və Venesuela hökumətilə birbaşa, ya da dolayı yolla aldadıcı əməliyyatlar aparan fiziki və hüquqi şəxslərlə ticarət əlaqələri qadağan olunacaqdır.

ABŞ Xəzinə Nazirliyinin fərman çərçivəsində sanksiya siyahısına daxil ediləcək şəxs və qurumların adlarını yaxın günlərdə açıqlayacağı gözlənilir.

Eləcə də bax:"Görünür, Mərkəzi Bank sabitliyə tam əmin deyil"

İqtisadçılar, Venesuelanın qızıl sektoruna sanksiya tətbiq edilməsinin hazırda çətin günlər keçirən ölkə iqtisadiyyatını daha da ağırlaşdıracağı barədə xəbərdarlıq edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250