DÜNYA

Gürcüstan valyutası ən aşağı həddə düşüb - Çörək bahalaşıb
01 NOYABR
403

Gürcüstan valyutası ən aşağı həddə düşüb - Çörək bahalaşıb

2018-11-01 14:19:00

Gürcüstan milli valyutası GEL (lari) son iki ildə ucuzlaşaraq ən aşağı həddə düşüb. Noyabrın 1-də Gürcüstan Milli Bankının məzənnəsinə əsasən 1 ABŞ dolları 2,7203 GEL-ə dəyişdirilir. Bu, son iki ildə ən aşağı göstəricidir. Fins.az Azərtac-a istinadən xəbər verir ki, bir qədər əvvəl 1 dollar 2,50 və ya 2,55 GEL-ə dəyişdiriləndə hökumət təcili tədbirlərin görüləcəyini və milli valyutanın ucuzlaşmasının qarşısının alınacağını bildirmişdi. Lakin bu gün lari dollar, avro və Azərbaycan manatı qarşısında xeyli ucuzlaşıb.

Noyabrın 1-də məzənnə 1 avro - 3.0848 GEL, 1 AZN isə 1.6044 müəyyən olunub. Ekspertlərin fikrincə larinin ucuzlaşması davam edəcək və 1 dollar 3 GEL-ə bərabər olacaq. Bu da ölkədə istehlak qiymətlərinin kəskin artmasına səbəb olacaq. Məlumat üçün qeyd edək ki, son 3 ayda ölkədə avtomobil yanacağının qiyməti müvafiq olaraq 15-35 tetri arasında bahalaşıb.

Çörəyin qiyməti isə 10-20 tetri bahalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255