DÜNYA

Rusiyanın sonuncu neft şirkəti İrandan çıxıb
31 OKTYABR
123

Rusiyanın sonuncu neft şirkəti İrandan çıxıb

2018-10-31 16:38:00
Rusiyanın İranda fəaliyyət göstərən sonuncu neft şirkəti “Zarubejneft” İslam Respublikasını tərk edib.
Fins.az xəbər verir ki, bu şirkət 2017-ci ilin sentyabrında “ZN-Vostok” adlı şirkət təsis edib. 
Bu ilin martında isə “Zarubejneft” İran Milli Neft Şirkəti ilə “Aban” və “Qərbi Peydar” yataqlarına xidmətlə bağlı müqavilə imzalayıblar. Bu müqavilə “ZN-Vostok”a verilib. Cari ilin aprelində isə şirkət Tehranda ofis açıb.
Məlumata görə, “Zarubejneft” İrandakı bütün layihələrdən çıxaraq öz payını “Promsıreimporta” verib.
“Zarubejneft”in bu addımı atmasına səbəb kimi ABŞ-ın noyabrın 4-də İranın energetika sahəsinə sanksiya tətbiq edəcəyi göstərilir. Şirkət bu məlumatı şərh etməkdən imtina edib.
Xatırladaq ki, ABŞ noyabrın 4-də İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə başlayacaq. Bu sanksiya İranın energetika sahəsini əhatə edəcək.
Qeyd edək ki, bu ilin avqustunda ABŞ İrana qarşı sanksiyaların birinci mərhələsini tətbiq etmişdi.

©İnterfax

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258