DÜNYA

Agentlik Rusiya iqtisadiyyatının artım proqnozunu açıqlayıb
25 OKTYABR
94

Agentlik Rusiya iqtisadiyyatının artım proqnozunu açıqlayıb

2018-10-25 09:21:00

“AKRA” reytinq agentliyi 2019-cu il üçün Rusiya iqtisadiyyatının artım proqnozunu 1,5%-dən 1,4%-ə salıb.“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bütövlükdə agentlik üç variant üzrə proqnoz qurub.

“Maliyyə stresli variantda Rusiya iqtisadiyatında 2019-cu və ya 2020-ci ildə ÜDM-nin 2-3% azalması gözlənilir. Stressiz variantda isə qeyd olunan illər ərzində ÜDM-in artımının 1%-ə kimi zəifləyəcəyi proqnozlaşdırılır”,-agentlik bildirir.

Ekspertlər hesab edirlər ki, ilin sonuna kimi Mərkəzi Bank uçot dərəcəsini 7,5% həddində saxlayacaq. İnflyasiya 4,6% olacaq, dolların orta illik məzənnəsi isə 64 rubl təşkil edəcək.

AKRA Rusiya iqtisadiyyatının artımı üçün risk yaradan faktorlar arasında əməkqabiliyyətli yaşda olan əhalinin payının azalmasını, daha aşağı inflyasiya rejiminə keçidi, ticarət dövriyyəsində və maliyyə münasibətlərində Asiya ölkələrinin payının artmasını, iqtisadi siyasətin bəyan edilən tədbirlərinin həyata keçirilməsini və artıq tətbiq olunan sanksiyaların qüvvədə qalmasın qeyd edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251