DÜNYA

230 investordan 345 milyon dollar topladılar - Maliyyə piramidası
23 OKTYABR
186

230 investordan 345 milyon dollar topladılar - Maliyyə piramidası

2018-10-23 15:57:00

Qiymətli kağızlar və birja üzrə komissiya və ABŞ-ın Ədliyyə Nazirliyi ötən ay 3 nəfərin həbs olunması ilə bağlı məlumat yayıb. Həbs edilən şəxslər Merilend tarinxində ən böyük səs küyə səbəb olmuş maliyyə piramidasında günahlandırılırlar.

Kevin B. Merrill , Cey B. Ledford və Kemeron Cezirski  230 investoru aldadaraq  345 milyon dollar toplayıblar. Aldadılan investorların 200 –dən çoxu dələduzlara 90 milyon dollar veriblər. Təqsirkar bilinən şəxslər qurbanlarının maliyyə vəsaitlərini birjalara yönəldəcəklərini və onlara külli miqdarda pul qazandıracaqlarına vəd veriblər.

Dələduzlar iş adamlarını aldatmaq üçün 55 bank hesabından istifadə ediblər. İnvestorlardan toplanılan pulları söz verdikləri işə yönəltmək əvəzinə işbazlar bu pulları özlərinə xərcləyiblər.

Maliyyə fırıldağında günahlandırılan şəxslər əldə olunmuş pullara təyyarə, yaxtalar və villalar alıblar.

Qanunlara görə əgər  Kevin B. Merrill , Cey B. Ledford və Kemeron Cezirski nin günahları məhkəmədə sübuta yetirilərsə o zaman investorların pullarına alınmış bütün daşınar və daşınmaz əmlaklar ABŞ hökuməti tərəfindən konpensasiya olunacaq.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258