DÜNYA

Macarların üçdəbiri impulsiv alıcıdır
22 OKTYABR
114

Macarların üçdəbiri impulsiv alıcıdır

2018-10-22 12:09:00

Macarıstanda sığorta şirkətlərindən birinin apardığı sorğu nəticəsində məlum olub ki, macarların üçdəbiri mütəmadi olaraq impulsiv alış-veriş edir. Yəni, bu alıcı kütləsi özlərinə lazım olmayan və almağı nəzərdə tutmadıqları mallara pul xərcləyir.

Fins.az xəbər verir ki, sorğunun nəticələrinə görə, macar alıcıların 50 faizə yaxını standart alış-veriş zamanı qiymət və keyfiyyət nisbətini əsas götürür, 25 faizi ucuzlaşmış məhsullar, 17 faizi isə yalnız ən ucuz malları alırlar.

Sığorta şirkətinin şöbə müdiri Erika Şçaubun sözlərinə görə, alıcılar “gələcəyiniz haqqında düşünürsünüz?” sualına cavabında bildiriblər ki, bunun üçün onların yetərincə pulu yoxdur. “Lakin, eyni zamanda bu kateqoriyadan olan insanların qənaətlə bağlı problemləri var və bu məsələdə biz onlara kömək etməyə çalışırıq”, -deyə şirkət nümayəndəsi əlavə edib.

Araşdırmalar göstərib ki, impulsiv alıcıların bir çoxu qadınlar və 40 yaşından aşağı Budapeşt sakinləridir. Bununla yanaşı, hər on nəfərdən biri istifadə olunmayan ərzağı da zibilliyə atır. Respondentlərin 60 faizi isə aldıqları paltarı cəmi bir-iki dəfə geydiklərini bildiriblər.

azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258