DÜNYA

"ABŞ-ın durğunluğa girməsi ehtimalı 60%-dən yüksəkdir
19 OKTYABR
137

"ABŞ-ın durğunluğa girməsi ehtimalı 60%-dən yüksəkdir

2018-10-19 09:28:00

JPMorgan Chase & Co. tərəfindən istifadə edilən bir modelə görə, ABŞ iqtisadiyyatının qarşıdakı iki ildə durğunluğa girməsi ehtimalı 60%-dən yüksəkdir.

Fins.az xəbər verir ki, tədqiqatçıların hazırladığı hesabatda, ABŞ-ın bir il ərzində durğunluğa girməsi ehtimalının təxminən 28%, növbəti iki ildə isə 60%-in üzərində olduğu qeyd edilib. Digər tərəfdən, üç il ərzində bu ehtimalın 80%-i keçdiyi qeyd edilib.

Bankın bu göstəricisi, Nyu York Fed-in göstəricisi ilə müqayisədə daha bədbindir. Nyu York Fed-in göstəricisinə görə, qarşıdakı 1 il ərzində durğunluq ehtimalı 14.5% səviyyəsindədir.

JPMorgan-nın modeli, istehlakçı və biznes dünyası etimadı göstəricilərini,  məşğulluq, maaş artımı, istehlak malları və tikinti sektorunu nəzərə alır.

 Eləcə də bax:

marja“Forbes” ən səxavətli investorun ADINI AÇIQLADI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258