DÜNYA

Çində iqtisadi artım son 9 ilin ən aşağı səviyyəsinə düşüb
19 OKTYABR
116

Çində iqtisadi artım son 9 ilin ən aşağı səviyyəsinə düşüb

2018-10-19 09:19:00

2018-ci ilin 3-cü rübündə Çin iqtisadiyyatında artım, 2009-cu il qlobal maliyyə böhranından bu yana görülən ən aşağı səviyyəyə enib.

Fins.az xəbər verir ki, üçüncü rübdə Çində ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% artıb. Analitiklər isə 6,6 faiz artım gözləyirdilər.

3-cü rübdə ÜDM bir əvvəlki rübə nisbətən də artım göstərib. 

Çin Milli Statistika Komitəsinin sözçüsü Mao Shengyong etdiyi açıqlamada, təzyiqlər artsa da Çinin 2018 üçün təyin olunan 6,5 faiz iqtisadi hədəfinə çata biləcəyini və sabit artımı gələn il də davam etdirəcək durumda olduğunu deyib.

Eləcə də bax:Ən səxavətli investor

Mao açıqlamasında xarici mühitin qeyri-müəyyən olduğunu qeyd edib.

marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258