DÜNYA

ABŞ-ın neft ehtiyatları artıb
18 OKTYABR
95

ABŞ-ın neft ehtiyatları artıb

2018-10-18 11:12:00

Birləşmiş Ştatların neft ehtiyatları 416 milyon barreli keçib.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6,5 milyon barrel (1,6 faiz) artaraq 416,4 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların 1,6 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 6 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə 1,1 milyon barrel (0,2 faiz) azalaraq 657,6 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları da ötən hesabat həftəsində 2 milyon barrel (0,9 faiz) azalaraq 234,2 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,1 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1 milyon barrel çoxalmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251