DÜNYA

Ən çox borcu olan 5 ölkə - "Kim nəyə görə borca girdi"
16 OKTYABR
353

Ən çox borcu olan 5 ölkə - "Kim nəyə görə borca girdi"

2018-10-16 17:45:00

Bu ilin əvvəlində ölkələrin ümumi borcunun məbləği 233 trillion dolları keçdi. Dünya Bankının hesablamalarına görə, ən çox borcu olan ABŞ-dı. Manhettində yerləşən borc sayğacı bu il rekord göstərici nümayiş etdirib. Belə ki, ABŞ-ın dövlət borcu 21.5 trillion dollar olub.

Fins.az ən çox borcu olan 5 ölkəni adlarını təqdim edir. Antireytinqin TOP-5 də isə Portuqaliya yer alıb. Bu ölkənin borcu 217 milyard dollardı.

Portuqaliyanın borc tarixi 1990-ci illərdən başlayır. Həmin illərdə milli valyutadan avroya keçən Portuqaliya tekstil sənayesini gücləndirə bilmədi və nəticədə daha ucuz işləyən Çin saneyesinə uduzaraq borc dərəsinə yuvarlandı. Hər il 50 mindən çox portuqaliyalı ölkənin düşdüyü vəziyyətə görə ölkə xaricinə iş axtarışına başlayır.

2011-ci ildə ölkə defolt səviyyəsinə çatır. Bu vəziyyətdən çıxmağa Portuqaliyaya Avropa Birliyi 76 milyard dollar kredit ayırmaqla kömək edir. Nəhayət 2017-ci ildə ölkənin maliyyə vəziyyətli yaxşılaşır. ÜDM  2.7% artır. İşsizlik isə 8.8%azalır.

Lakin ötən il ölkənin dövlət borcu 1.65 milyard dollara çatıb.

Arivederçi

Borclular arasında siyahının 4-cü pilləsində İtaliya qəraralaşıb. Ölkənin borcu 1.9 trillion dollardı.

Analitiklər qeyd edir ki, 2019-cu il italiyalı Mario Draqi Avropa Mərkəzi Bankı rəhbərliyi postundan istefa verəcək. Çoxları qeyd edir ki, bundan sonra İtaliya hökuməti ucuz kreditlərdən kəsiləcək.

Bundan sonra ölkənin öz borcunu ödəyə bilməyəcəyindən defolt olacağı bildirilir. Nəticədə bütün dünya iqtisadiyyatına ziyan vurula bilər ki, bu da qlobal iqtisadi böhrana səbəb ola bilər deyə bəzi analitiklər vurğulayır.

Qeyd olunur ki, italiya iqtisadiyyatının əsas problemi onun kiçik ailə biznesləri üzərində qurulmasıdır. Bununla da bu tip balaca şirkətlər böyük korporasiyalarla mübarizəyə girə bilmirlər. Bu da həmçinin ölkə iqtisadiyyatının aşağı templə artmasına səbəb olur.

Ocağa benzin tökən səbəblərdən biri də İtaliyada biznesə böyük verginin olmasıdır.

 

Bürünc medal sahibi Livandır

2011-ci ilədək Suriyada vətəndaş müharibəsi başlayana kimi Livan İordaniya, İraka və Körfəz ölkələrinə məhsul ixrac etməklə yaxşı gəlir əldə edirdi. 2015-ci ildə ölkə ÜDM 20 min dollar olmalı idi. Lakin qonşu Suriyada müharibə hər şeyi dəyişdi. 3 il ərzində Suriyadan Livana 1.2 milyondan çox qaçqın axın edib. 2013-cü ildən isə ekstremist qrupların terror hadisələri törətməsi bu ölkəyə gələn turistlərin qarşısını demək olar ki aldı. Nəticədə Livanın dövlət borcu ÜDM –un 149% təşkil edib.

Borclu Zevs nəvələri 

Avropa Birliyinə daxil olmayana kimi Yunanıstan hökuməti çalışırdıki borc almasın . Çünki faizlər və digər xərclər çox olduğundan ölkə borca girməməyə çalışırdı. 2001-ci ildə ölkənin Avropa Birliyinə daxil olması ilə aşağı faizli kreditləri əldə etmək imkanı qazandı.

Yunanıstanın Avropa Birliyinə daxil olduğu illərdə bir çox dövlət müəssisələri və banklar özəlləşdirildi. Bu cür siyasət ölkənin 300 milyard avro borcunun yaranmasına səbəb oldu. 2015-ci ildə ölkənin Valyuta Fonduna borcunu qaytarmaması ölkənin texniki defolt olmasına səbəb oldu.

Borclanma üzrə rekordsmen

Ən çox borcu olan ölkələrdən biri də gündoğan ölkə Yaponiyadır. 2017-ci il ölkənin borcları ÜDM-nin 253% təşkil edib və borc artmaqda davam edir. Bütün bunların qarşılığında isə iqtisadiyyat çox zəif templə artır. Həmçinin də ölkədə yaşlı nəslin sayının sürətlə artması da ölkənin sosial müavinatlara ayırmalarını çoxaldıb. Ekspertlərin fikrincə rəsmi Tokiyonu defotldan qoruyan əsas səbəbin borcların daxili hüquqi şəxslərə aid olmasıdır , bəzi ölkələrdəki kimi xarici spekulyantlara yox.

Lakin bütün bunlara rəğmən borc ÜDM-ni 2.5 dəfə üstələyir. Hazırda Yaponiyanın 9 milyard dollar büdcə kəsiri yarandığı bildirilir.

Müəllif:Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254