DÜNYA

ABŞ-dan Çinə neft ixracı kəskin azalıb - SƏBƏB
16 OKTYABR
131

ABŞ-dan Çinə neft ixracı kəskin azalıb - SƏBƏB

2018-10-16 17:32:00

Bu ilin I yarısında Çin ABŞ-dan ən çox neft idxal edən ölkə olub, III rübdə isə bu ölkədən "qara qızıl" idxalını kəskin azaldıb.

Fins.az xəbər verir ki,  Çin avqustda ABŞ-dan neft idxal etməyib, sentyabr ayında isə okeanın o tayından idxal etdiyi neftin həcmi cəmi 31 min barel olub.

ABŞ Energetika Nazirliyi açıqlamasında Çinə tədarük etdikləri neftin ən yuxarı həddinin gündəlik 510,4 min barel ilə iyun ayında qeydə alındığını bildirib. Birinci yarımildə isə Çinə ixrac olunan neftin həcmi gündəlik orta hesabla 350 min ton olub. 

Eləcə də bax:

Çin isə ABŞ-dan olan neft tədarükünü Rusiya və Səudiyyə Ərəbitsanı ilə əvəz edib. Belə ki, Çin Səudiyyə Ərəbistanından idxal etdiyi neftin həcmini gündəlik 258 min barelə, Rusiyadan idxal etdiyi neftin həcmini isə gündəlik 200 min barelə qədər artırıb.

Qeyd edək ki, ABŞ neftini Hindistan, Şanxay, Avstraliya və Danimarka idxal edir.

©Finans.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250