DÜNYA

Brayan Huk : “İranla yeni müqavilənin bağlanması müqabilində çox şeylərə hazırıq"
15 OKTYABR
142

Brayan Huk : “İranla yeni müqavilənin bağlanması müqabilində çox şeylərə hazırıq"

2018-10-15 21:26:00

Vaşinqtonun İranla bağlamaq istədiyi müqavilədə bütün narahatlıqlar nəzərə alınmalıdır. Fins.az xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib: 

“İranla yeni müqavilənin bağlanması müqabilində çox şeylərə hazırıq. Bu müqavilə Vaşinqtonun bütün narahatlıqlarını, o cümlədən Tehranın raket proqramı ilə bağlı məsələləri nəzərə almalıdır”. 

O qeyd edib ki, İranın raket proqramı təhlükəsi Yəmən, İraq və Suriyada getdikcə daha da artır: 

“Əgər İranın Yaxın Şərqdə təsirinin qarşısının alınması üçün daha çox iş görməsək, regional münaqişə riski ilə üzləşəcəyik”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251