DÜNYA

Ukrayna Analitik Mərkəzinin rəhbəri Azərbaycan iqtisadiyyatından DANIŞDI
15 OKTYABR
128

Ukrayna Analitik Mərkəzinin rəhbəri Azərbaycan iqtisadiyyatından DANIŞDI

2018-10-15 15:16:00

Son 15 ildə Azərbaycan iqtisadiyyatının artım tendensiyası heyranedicidir.

Fins.az xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Analitik Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Aleksandr Oxrimenko Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” adlı məqaləsinə münasibət bildirərkən deyib.

Ekspert Azərbaycanda ötən illər ərzində qeyri-neft sektorunda əldə edilən uğurları xüsusi qeyd edib. O, Azərbaycan rəhbərliyinin enerji resurslarından ölkə iqtisadiyyatının inkişafı və respublikanın gələcəyi ilə bağlı strategiyanın hazırlanıb həyata keçirilməsində istifadə etdiyini diqqətə çatdırıb.

Mərkəzin rəhbəri bildirib ki, Azərbaycan əsasən neft məhsulları ixrac etsə də, son dövrlər yeyinti, maşınqayırma məhsullarının ixracını da artırıb.

 Eləcə də bax:D.Tramp jurnalistə görə krala zəng edəcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251