DÜNYA

Xaricilər Türkiyə iqtisadiyyatına nə qədər pul qoyub?
12 OKTYABR
144

Xaricilər Türkiyə iqtisadiyyatına nə qədər pul qoyub?

2018-10-12 15:30:00

"Bu ilin yanvar-avqust aylarında Türkiyə iqtisadiyyatına 7 mlrd. ABŞ dolları məbləğində xarici investisiya qoyulub". 

Fins.az  xəbər verir ki, bunu Türkiyənin Prezident Administrasiyasının İnvestisiya məsələləri üzrə departamentinin rəhbəri Arda Ermut deyib.

Onun sözlərinə görə, bu rəqəm ötən illə müqayisədə, demək olar ki, dəyişməyib və sabitliyin olması hazırkı iqtisadi şərait baxımından çox vacib amildir. 

"Xarici investorlar Türkiyəyə etibar edirlər. Bu ilin sonunda onların birbaşa investisiyaları ötən ildəki qədər - təxminən, 11 mlrd. dollar təşkil etməlidir. Lakin mövcud potensial daha çox investisiya cəlb etməyə imkan verir" , - deyə Türkiyə rəsmisi qeyd edib. 

Eləcə də bax:"Forbes" dünyanın ən yaxşı işəgötürənlərini müəyyən edib

A.Ermutun sözlərinə görə, bu ilin IV rübündə və gələn ilin I yarısında Türkiyədə həyata keçirilən islahatların müsbət nəticələri hiss olunacaq: "2019-cu il Türkiyə üçün birbaşa investisiya baxımından çox məhsuldar olacaq".

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260