DÜNYA

Tramp: “FED ağlını itirib”
11 OKTYABR
919

Tramp: “FED ağlını itirib”

2018-10-11 10:03:00

Amerikanın Mərkəzi Bank rolunu oynayan ABŞ Federal Ehtiyatlar Sistemi (FED) həddindən artıq sərt siyasət aparır və “ağlını itirib”.

"Fins.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ötən gün ABŞ prezidenti Donald Tramp "Dow Jones" indeksinin kəskin azalması fonunda deyib.

“Mən hesab edirəm ki, FED səhv edir o çox sərt hərəkət edir. Düşünürəm ki, FED ağlını itirib”,-deyə ABŞ administrasiyasının rəhbəri vurğulayıb.

Qeyd edək ki, ABŞ fond bazarında əsas səhmlərin kəskin ucuzlaşması prosesi Federal Ehtiyatlar Sisteminin (FED) ABŞ dövlət istiqrazlarının gəlirliyini artırması haqda xəbərdən dərhal sonra başlayıb. Nəticədə "Dow Jones" indeksində fevraldan bu yana ən kəskin dəyər itkisi qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256