DÜNYA

ABŞ Çin ilə ticarət müharibəsini uduzacaq?
10 OKTYABR
212

ABŞ Çin ilə ticarət müharibəsini uduzacaq?

2018-10-10 13:08:00

ABŞ ilə Çin arasındakı iqtisadi mübahisələrə son qoyulacaq, amma iki ölkə arasındakı ticarət müharibəsində daha çox ziyan ABŞ çəkəcək".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Kuala Lumpurda açılan iqtisadi konfransda çıxış edən “Alibaba”nın banisi və rəhbəri Cek Ma bildirib.

“Ticarət müharibələri nəinki ABŞ ilə Çinə, onlarla bu və ya başqa səpkidə əlaqədə olan başqa ölkələrə də bir çox problemlər gətirəcək. Buna baxmayaraq, razılığa gəlmək imkanları qalır”, - iş adamı deyib. 

Onun sözlərinə görə, son nəticədə məhz Birləşmiş Ştatlar ticarət müharibələrindən daha çox zərər çəkən tərəf olacaq: “Ticarət açığı on illər boyu yaranıb və bunu tez bir zanmanda aradan qaldırmaq mümkün deyil”.

Xatırladaq ki, bu ilin yayında ABŞ 50 milyard dollarlıq Çin malların idxalına 25 faizlik rüsum tətbiq etmişdi. Çin də eyni tədbirlə cavab verib. Sentyabrın 24-dən ABŞ-ın 200 milyard dollarlıq Çin mallarına tətbiq etdiyi yeni 10 faizlik rüsumu yanvarın 1-dən 25 faizədək artırmaq nəzərdə tutulur. Çin isə 60 milyard dollarlıq ABŞ mallarına 5-10 faizlik rüsum tətbiq etməklə cavab verib.

Eləcə də bax:Bu ölkədə əhalinin gəliri 2 dollardan aşağıdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256