DÜNYA

BVF ölkələrin iqtisadiyyatının inkişaf perespektivlərini açıqlayıb
09 OKTYABR
258

BVF ölkələrin iqtisadiyyatının inkişaf perespektivlərini açıqlayıb

2018-10-09 09:32:00

Beynəlxalq Valyuta Fondu (BVF) 2018-ci il üçün dünya ÜDM-nin artım proqnozunu 0,2 faiz bəndi endirməklə 3,7%-ə, 2019-cu il üçün 0,2 faiz bəndi endirməklə 3,7%-ə salıb. Fins.az -ın məlumatına görə,"Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BVF-nin “Dünya iqtisadiyyatının inkişaf perespektivləri” hesabatında deyilir.

“Hazırda 2018-ci ilin oktyabr ayında proqnoz apreldə planlaşdırdığımıza nisbətən daha az tarazlıdır və daha genişdir. ABŞ-da prosiklik vergi-büdcə inkişafına əsaslanan iqtisadi artım sabitdir, lakin bu gələcəkdə həm ABŞ-ın özünün artımına həmdə qlobal artıma təziq göstərə bilər. Ancaq biz Avrozona, Koreya və Böyük Britaniya üçün qısamüddətli artım perespektivləri aşağı saldıq”,-deyə BVF-nin hesabatında qeyd edilib.

“Bizim yenidən qiymətləndirməmiz inkişaf etməkdə olan bazarlar üçün daha əhəmiyyətlidir. Belə ki, biz Latin Amerikası (konkret olaraq Argentina, Braziliya, Meksika), Yaxın Şərq (əlaxüsus İranda) və Avropanın inkişaf etməkdə olan ölkələrində (o cümlədən Türkiyə) iqtisadi artımın azalmasını görürük”,- deyə fondun ekspertləri vurğulayıb.

BVF həm də Çindən idxal olunan mallara ABŞ tərəfindən rüsumların artırılmasını nəzərə alaraq 2019-cu il üçün Çində iqtisadi inkişaf proqnozunu apreldəki ilə müqayisədə aşağı salıb. Fond Hindistanın iqtisadi inkişaf proqnozunu da aşağı salıb.

“Bütün bu dəyişikliklər ona gətirib çıxardı ki, biz qlobal iqtisadi inkişaf üzrə proqnozumuzu 0,2 faiz bəndi 3,7% kimi saldıq. Qlobal səviyyədə son məlumatlar ticarət, istehsal və investisiya göstəricilərinin aşağı düşdüyünü göstərir. Nəticədə bizim qiymətləndirməyə görə dünya iqtisadi artım cari onillikdə daha əvvəl qeydə alınandan daha inamlı qalır”,- deyə BVF-nin hesabatında deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259