DÜNYA

BMT-də HƏYƏCAN
08 OKTYABR
226

BMT-də HƏYƏCAN

2018-10-08 12:45:00

Dünyanın yeni iqlim böhranı qarşısında olduğu açıqlanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekpsert Qrupu (İPCC) bu barədə geniş hesabat hazırlayıb.

Hesabata görə, 2030-cu ildə planetdə havanın temperaturu 1,5 dərəcə artacaq və təhlükəli həddi keçəcək. Nəticədə dünyada qlobal quraqlıq, ərzaq çatışmazlığı və yanğın halları artacaq.

Bundan başqa, Artika buzlaqları istilərə görə əriyəcək və bu dəniz səviyyəsinin artmasına, daşqınlara yol açacaq.

“Enerji və nəqliyyat sistemində ciddi dəyişikliklər olmalıdır ki, temperature 1,5 dərəcə artmasın. Bunun üçün zərərli qazların buraxılması 2030-cu ilə qədər 45%, 2050-ci ilə qədər isə 0-a çatmalıdır”.

BMT Baş katibi Antoniu Qutyerreş 2017-ci ildə təbii fəlakətlərə görə dünya iqtisadiyyatına 320 milyard dollar zərərin dəydiyini hesablamışdı.

 Eləcə də bax:Fizki imkanları məhdud şəxlər üçün həlledici MÜQAVİLƏ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253