DÜNYA

NATO-nun baş katibi Yuqoslaviyanın nə üçün bombalandığını açıqlayıb
08 OKTYABR
371

NATO-nun baş katibi Yuqoslaviyanın nə üçün bombalandığını açıqlayıb

2018-10-08 00:43:00

Yuqoslaviya 1999-cu ildə dinc əhalinin qorunması və ölkə prezidenti Slobodan Miloşeviçin devrilməsi məqsədi ilə bombalanıb. Fins.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Belqradda tələbələrlə görüşündə deyib.

"Serbiyada bir çoxları əvvəlki kimi bu zərbələrə pis yanaşır <…> bu, Miloşeviç rejiminin sonrakı fəaliyyətinin qarşısını almaq üçün edilmişdi", — deyə RTS Stoltenberqin sözlərini sitat gətirib.

Baş katib serb xalqını "gələcəyə baxmağa" çağırıb və qeyd edib ki, NATO Serbiya ilə Kosovo arasında fikir ayrılığının aradan qaldırılmasının tərəfdarıdır.

Stoltenberq həmçinin ana və bacısının nə vaxtsa Belqradda yaşadığını bildirib: "Kalemeqdanda ilk dondurmamı necə yediyimi xatırlayıram (Belqrad qalası yaxınlığında park. — red)".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255