DÜNYA

Qeyb olan interpol prezidenti sən demə istefa verib
08 OKTYABR
199

Qeyb olan interpol prezidenti sən demə istefa verib

2018-10-08 00:36:00

İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Xunvey istefa verib. Fins.az  "Reuters"ə istinadən xəbər verir ki, bu barədə məlumat beynəlxalq polisin "Twitter" səhifəsinə yerləşdirilib.

"Bu gün, oktyabrın 7-də, İnterpolun Fransanın Lion şəhərindəki Baş Katibliyi cənab Men Xunveydən İnterpol prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir", - deyə bəyanatda bildirilir.

Hazırda Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin icraçısı təyin edilib. Yeni prezident noyabrda Dubayda Baş Assambleyanın iclasında seçiləcək.

Xatırlladaq ki, bir müddət öncə Men Xunveyin yoxa çıxdığı bildirilirdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260