DÜNYA

Səudiyyə Ərəbistanı tezliklə qeyri-neft sahəsində ən böyük sövdələşməsini elan edəcək
06 OKTYABR
462

Səudiyyə Ərəbistanı tezliklə qeyri-neft sahəsində ən böyük sövdələşməsini elan edəcək

2018-10-06 09:13:00

Səudiyyə Ərəbistanı üçün ən böyük qeyri-neft sövdələşməsi iki həftə sonra Ər-Riyadda keçiriləcək investisiya forumunda elan olunacaq. Fins.az-ın məlumatına görə,“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Krallığın vəliəhdi, şahzadə Məhəmməd ibn Salman əs-Səud "Bloomberg" nəşrinə müsahibəsində deyib.

"Bu sövdələşmə özündə böyük rəqəmləri əks etdirir və qeyri-neft sahəsində Sudiyyə Ərəbistanı ilə əlaqəlidir. Bu barədə iki həftə sonra investisiya forumunda elan olunacaq", — deyə şahzadə bildirib.

II "Gələcək investisiya təşəbbüsü" forumu 23-25 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtında şahzadə Məhəmməd ibn Salman əs-Səudun sədrliyi ilə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255