DÜNYA

Səudiyyə Ərəbistanı və Rusiya neft istehsalını artıraraq OPEC-in qərarlarını pozur
05 OKTYABR
101

Səudiyyə Ərəbistanı və Rusiya neft istehsalını artıraraq OPEC-in qərarlarını pozur

2018-10-05 12:50:00

Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatını artıraraq Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qərarlarını pozur.

Fins.az  Azərtaca-a istinadla xəbər verir ki, bu sözləri İranın OPEC üzrə nümayəndəsi Hüseyn Kazımi Ərdəbili deyib. O, kartelə üzv olan Səudiyyə Ərəbistanının və qeyri-OPEC ölkəsi Rusiyanın “Əməkdaşlıq Bəyannaməsi”nə zidd olaraq neft istehsalını artırmaqla günahlandırıb.

Ekspertlərin fikrincə, ABŞ-da neft ehtiyatlarının artması və Çinlə “ticari müharibə”yə baxmayaraq, gələn ay İrana qarşı tətbiq ediləcək sanksiyalar neft qiymətinin düşməsinə mane olur.

Bəzi KİV-lərə görə, Rusiya və Səudiyyə Ərəbistanı neftin qiymətindəki bahalaşmanı azaltmaq məqsədilə sentyabr ayında istehsalın artırılması üçün razılaşıblar. Tərəflər OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin Əlcəzairdə keçirilən X iclasından əvvəl bununla bağlı ABŞ-a məlumat veriblər.

Mənbələr bildirir ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih rusiyalı həmkarı Aleksandr Novakla apardığı bir sıra danışıqlarından sonra sentyabr-dekabr aylarında neft hasilatının artırılması qərara alınıb. Səudiyyəli nazirin müştərilərin daha çox neft istəyəcəyi təqdirdə istehsalı artıracaqlarını ABŞ-ın enerji naziri Rick Perryə də deyib.

Eləcə də bax:OPEC-in baş katibi Rusiya Prezidenti ilə neft bazarını müzakirə edib

Ekspertlər hesab edir ki, böyük neft istehsalçıları İrana qarşı sanksiyalardan sonra bazarda yaranacaq tədarük çatışmazlığını kompensasiya etmək üçün maksimum səy göstərirlər. Elə Moskvada keçirilən “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda nazir Aleksandr Novak ölkəsinin neft istehsalını daha da artıra biləcək potensiala sahib olduğunu deməsi də buna bir işarədir. Nazir deyib: “Rusiya lazım gələrsə neft hasilatını artıra bilər. Bizim neft istehsalımız maksimuma çatmayıb və lazım gələrsə artırarıq. Bu il təxminən 555 milyon ton neft çıxarmağı nəzərdə tuturuq”.

Bundan başqa, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) isə ABŞ-ın xam neft hasilatının gündəlik 11 milyon barrelə çatdığını açıqlayıb.

Qeyd edək ki, ABŞ noyabrın 5-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259