DÜNYA

Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına nə qədər pul qoyub?
27 SENTYABR
124

Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına nə qədər pul qoyub?

2018-09-27 09:51:00

"Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 mlrd. dollardan çox investisiya qoyub".

Fins.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu”nda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, Azərbaycanda Rusiya kapitallı 760 şirkət qeydiyyatdan keçib.

“Rusiya və Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Rusiya Azərbaycanın idxal üzrə əsas tərərfdaşı sayılır. Azərbaycanın qeyri-neft məhsullarının ixracında Rusiya ilk pillədədir”, - deyə nazir əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255