DÜNYA

“Versace”ni 2 milyard dollara kim alır?
24 SENTYABR
199

“Versace”ni 2 milyard dollara kim alır?

2018-09-24 15:57:00

Amerikan qrupu “Michael Kors” 2 milyrad ABŞ dollarına “Versace” modalar evini alacaq. Fins.az-ın məlumatına görə."Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi olaraq şirkətlər sövdələşmə haqda bu həftə, mənbələrdən birinə görə isə hətta sabah bəyan edəcəklər.

Amerika şirkətinin İtalyan lüks brendini alması, şirkətin LVMH (Louis Vuitton, Givenchy, Guerlain, Hennessy və sair), Kering (Gucci, Yves Saint Laurent, Balenciaga və s.) və Richemont (Cartier, Chloé və s.) Avropa konqlomeratları ilə rəqabət aparmaq istəyindən irəli gəlir.

Qeyd olunur ki, sövdələşmənin nəticəsində 2014-cü ildə 210 milyon avroya “Versace”dən 20%-lik pay alan əvəllki sahib investisiya fondu Blackstone İtalya şirkətindən tamamilə çıxacaq. “Michael Kors”, həmçinin Versace ailəsinə məxsus qalan hissəyə də sahib olacaq. Bununla belə İtalya moda evinin yaradıcıları şirkətin işində iştirak etməyə davam edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259