DÜNYA

Dünyanın ən iri qızıl çıxaran şirkətinin yaranma TARİXİ
24 SENTYABR
139

Dünyanın ən iri qızıl çıxaran şirkətinin yaranma TARİXİ

2018-09-24 15:34:00

Kanadanın “Barrick Gold” şirkəti Londonda qeydiyyatda olan “Randgold Resources”u 6,04 milyard ABŞ dolları verərək aldığını bəyan edib.

Fins.az "Finans.az” - a istinadən xəbər verir ki, hər iki şirkətin müştərək məlumatına əsasən birləşmədən sonra yeni şirkətin məcmu kapitalı 18,3 milyard ABŞ dolları təşkil edəcək.

Yeni şirkət “Barrick Gold” adı altında fəaliyyətini davam edəcək. Sövdələşmə bitəndən sonra “Barrick Gold”un səhmdarları yeni şirkətin 66,6%-nə, Randgold Resources” isə 33,4%-nə nəzarət edəcək. Beləliklə də dünyanın ən iri qızıl çıxarma şirkəti fəaliyyətə başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259