DÜNYA

Ticarət müharibəsi bir qədər də şiddətlənib
24 SENTYABR
157

Ticarət müharibəsi bir qədər də şiddətlənib

2018-09-24 09:41:00

ABŞ-ın Çinə qarşı yeni vergiləri güvvəyə mindi.  Donald Trampın 200 milyard dollarlıq Çin məhsullarına qarşı yeni gömrük tarifi  qüvvəyə minib. Fins.az xəbər verir ki, ABŞ-ın, donmuş ətdən televiziya komponentlərinə qədər 200 milyard dollarlıq idxal Çin mallarına qarşı yeni vergi tarifi, Vaşinqton saatı ilə gecə yarısından sonra (Pekində günün ortasına uyğun gəlir) qüvvəyə minib.

Çin 60 milyard dollarlıq ABŞ məhsullarına vergi tətbiq edərək qarşılıq verməyə hazırlaşır. ABŞ Prezidenti Donald Tramp, Çinin 60 milyard dollarlıq vergi tətbiq etməsi vəziyyətində əlavə 267 milyard dollarlıq Çin məhsullarına yeni vergi tarifinin tətbiq ediləcəyi barədə xəbərdarlıq etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257