DÜNYA

Çin ABŞ-la ticarət məsləhətləşmələrindən imtina edib
22 SENTYABR
261

Çin ABŞ-la ticarət məsləhətləşmələrindən imtina edib

2018-09-22 10:30:00

Çin ABŞ-ın onun istehsalı olan daha 200 mlrd. dollar dəyərində 10%-lik gömrük rüsumu tətbiq etməsinə cavab olaraq bu ölkə ilə ticarət məsləhətləşmələrindən imtina edib. Fins.az-ın məlumatına görə,"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Xatırladaq ki, Çinin Dövlət Şurasının sədr müavini Liu Xe gələn həftə ABŞ-a rəsmi səfər etməyi planlaşdırırdı. Bundan başqa, Çinin yüksək səviyyəli rəsmi şəxslərindən ibarət nümayəndə heyətinin ABŞ-a göndərilməsinə dair planlar var idi. İndi isə bütün bu planlar təxirə düşüb. 

Xatırladaq ki, Çin də ABŞ istehsalı olan 60 mlrd. dollarlıq məhsula gömrük rüsumu tətbiq etməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260