DÜNYA

Hindistan İrandan rupi ilə alacaq
21 SENTYABR
296

Hindistan İrandan rupi ilə alacaq

2018-09-21 12:49:00

Hindistan İrandan nefti öz pul vahidi rupi ilə almağa qərar verib.

Fins.az banker.az-a istinadən xəbər verir ki, Hindistanın bu addımı ABŞ-ın sanksiyalarına qarşı atılıb.

Hindistana məxsus neft şirkətlərinin noyabrdan etibarən İrandan idxal etdiyi neftin ödəmələrini rupi ilə “United Kommersial Bank” (UCO) və “IDBI” Bankı üzərindən edəcəyi bildirilib.

Qeyd edək ki, ABŞ-ın ikinci sanksiya paketinin dövrəyə girəcəyi noyabrın 5-dən etibarən İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinə beynəlxalq məhdudiyyətlər gətiriləcək. İqtisadiyyatı böyük ölçüdə neftə əsaslanan İrandan neft və məhsullarının satışına sanksiyalar tətbiq olunacaq.

Vaşinqton rəhbərliyi həmçinin, bu tarixdən sonra İran ilə əlaqə quran şirkətləri sanksiyalarla təhdid edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255