DÜNYA

“OPEC”in neft ixracından mənfəəti 29% artıb
20 SENTYABR
144

“OPEC”in neft ixracından mənfəəti 29% artıb

2018-09-20 17:25:00

Ötən il “OPEC” üzv ölkələri 567 milyard ABŞ dolları həcmində xalis ixrac mənfəəti əldə edib.

 Fins.az "Finans.az”  istinadən xəbər verir ki, Enerji Məlumatları İdarəsinin (EİA) məlumatına əsasən, bu, 2016-cı ilin göstəricisindən 29% çoxdur.

EİA qeyd edir ki, mənfəətin artmasına həm neftin qiymətinin, həm də ixrac həcminin artması səbəb olub.

Qurum hesab edir ki, “OPEC”in xalis mənfəəti mənfəəti 2018-ci ildə 736 milyard dollara çatacaq ki, bu da əvvəlki ilin göstəricisindən 30% çoxdur.

Bununla belə, 2019-cu ildə OPEC-in mənfəətinin təşkilata üzv ölkələrdə hasilatın və neftin ucuzlaşması ilə əlaqədar 719 milyard dollara kimi azalacağı da proqnozlaşdırılır.

Qeyd edək ki, OPEC istehsalçıları arasında Səudiyyə Ərəbistanı mənfəətin həcminə görə birinci yerdə gedir. Səudiyyənin ümumi həcmdəki payı 30% olub. İranın payı 1999-cu ildən ilk dəfə rekord həddə 10%-ə kimi artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259