DÜNYA

Çin Gömrük Vergilərini Azaldır
20 SENTYABR
180

Çin Gömrük Vergilərini Azaldır

2018-09-20 14:20:00

Çinin gömrük vergilərini azaldacağı planlaşdırılır.

Fins.az banco.az-a istinadən xəbər verir ki, mövzu ilə əlaqədar mənbələr oktyabr ayından etibarən Çinin ticarət tərəfdaşlarının əksəriyyəti üçün idxal vergisini azaltmağı planlaşdırdığı bildirib.

Baş Nazir Li Keqiang da Çinin gömrük vergilərini azaltma ehtimalının olduğunu qeyd etmişdi.

Qeyd edək ki, Çində orta gömrük vergisi 9.8 faiz təşkil edir.

Çin bir müddətdir ki, daxili istehsalı stimullaşdırmaq və zəifləyən iqtisadiyyatı dəstəkləmək üçün addımlar atır. Xatırladaq ki, iyul ayında da bəzi məhsullar üzrə gömrük vergisi azaldılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255