DÜNYA

“Alibaba” ABŞ-da 1 milyon iş yeri yaratmaq fikrindən daşındı
20 SENTYABR
206

“Alibaba” ABŞ-da 1 milyon iş yeri yaratmaq fikrindən daşındı

2018-09-20 10:22:00

Çinin elektron kommersiya nəhəngi “Alibaba” ABŞ və Çin arasında ticarət müharibəsinin dərinləşməsi fonunda ABŞ-da 1 milyon iş yerinin yaradılması vədindən geri çəkilib.

Fins.az  finans.az-a xarici KİV-ə istinadən xəbər verir ki, bunu holdinqin başçısı Cek Ma deyib.

“Bu qərarın verilməsinə əsas iki ölkə arasındakı dostluq və rasional ticarət münasibətləri idi. Bu şərait artıq mövcud deyil və bizim vədimiz yerinə yetirilə bilməz”, - deyə Cek Ma vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 24 sentyabrdan etibarən Çindən idxal olunan 200 milyard dollarlıq məhsullara 10% həddində idxal rüsumlarının tətbiqi olunacağını bəyan edib. Öz növbəsində Çin 60 milyard dollarıq Amerika mallarına 5-10% rüsümlar tətbiq ediləcəyini bildirib.

Daha əvvəl ABŞ Çındən gətirilən və toplam dəyəri 50 mlrd. dollar olan ümumilikdə 1102 adda məhsula 25% rusum tətbiq edib. Buna cavab olaraq Çin dəyəri 50 mlrd. dollar olan Amerika mallarına 25% həcmində idxal rüsumları tətbiq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255