DÜNYA

Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırdı
19 SENTYABR
966

Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırdı

2018-09-19 17:03:00

USAİD Gürcüstanda iqtisadi islahatların sürətləndirilməsi, enerji, nəqliyyat, logistik və digər layihələr üçün 1,5 milyard ABŞ dolları yardım ayırıb.

Fins.az Banker.az-a istinadən xəbər verir ki, Gürcüstan hökumətinin mətbuat xidmətindən bildiriblər ki, bu barədə Vaşinqtonda səfərdə olan Baş nazir Mamuka Baxtadzenin USAİD-in baş ofisində, bu qurumun rəhbəri Mark Qrin ilə görüşündə məlumat verilib.

Görüşdə Gürcüstanda demokratiya, söz azadlığı, insan hüquqları ilə yanaşı, ölkənin iqtisadi inkişafı, regional layihələrdə iştirakı və digər məsələlər də diqqət mərkəzində olub.

Regionda həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və logistik layihələrin əhəmiyyəti qeyd edilib. Gürcüstanın bu layihələrdə iştirakının vacibliyi vurğulanıb və ölkənin enerji təhlükəsizliyinin dayanıqlı təmin olunması üçün USAİD-in yardımının artırılması məqsədəuyğun sayılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256