DÜNYA

"OPEC+ə daxil olan bütün ölkələr, istehsal həcmini artıracaq" - ŞƏRH
18 SENTYABR
207

"OPEC+ə daxil olan bütün ölkələr, istehsal həcmini artıracaq" - ŞƏRH

2018-09-18 15:04:00

OPEC və ABŞ-ın hasilatı artırmasına baxmayaraq, neftin qiyməti çox rahat səviyyədədir, bir il əvvəl heç kim bunu xəyal belə edə bilməzdi".

Fins.az xəbər verir ki, bunu "Report"a Rusiyanın "Alpari" Maliyyə Agentliyinin Analitika şöbəsinin rəhbəri Aleksandr Razuvayev bildirib.

"Son iclasdan sonra Rusiya və Səudiyyə Ərəbistanının təklifləri əsasında OPEC-də islahatlar aparılacağı haqqında şayiələr gəzirdi, indi isə hər ölkənin öz səsi var. İndi hasilat həcmindən asılı olaraq, bir növ, səhmdar şirkət kimi olacaq", - ekspert vurğulayıb.

A.Razuvayevin sözlərinə görə, iclasın mümkün qərarları barədə danışsaq, OPEC+in ümumi kvotası az-az artmağa davam edəcək. Ekspertin fikrincə, neftin barelinin 78-80 dollar həddində olması Venesueladan başqa, digər xammal ixracatçılar üçün münasibdir. O qeyd edib ki, yalnız yaxşı qiymətlə yox, həm də ixrac həcmini artırmaqla qazanmaq olar.

"Hesab edirəm ki, gələcəkdə həm OPEC ölkələri, həm də müstəqil təchizatçılar tərəfdən təkliflər artacaq. OPEC+ə daxil olan bütün ölkələr, o cümlədən Rusiya Federasiyası tədricən istehsal həcmini artıracaq", - A.Razuvayev diqqətə çatdırıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256