DÜNYA

Rusiya Bankının sədri neftin qiymətinə dair proqnoz verib
14 SENTYABR
1246

Rusiya Bankının sədri neftin qiymətinə dair proqnoz verib

2018-09-14 17:50:00

“Rusiya Bankı (Mərkəzi Bank) 2021-2022-ci illlərdə dünya bazarında neftin 1 barelinin qiymətinin 55 ABŞ dollarına düşəcəyini proqnozlaşdırır”.

Fins.az “Report”a istinadən verdiyi xəbərə görə, bunun qurumun sədri Elvira Nabiullina bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, ucuzlaşma şist neftinin hasilatının genişlənməsi və xam neft hasilatına məhdudiyyətin azalması nəticəsində mümkün olacaq.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu ilin avqust ayında neft hasilatının azaldılması ilə bağlı razılığa 115% əməl edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258