DÜNYA

MDB-nin ən böyük elektron ticarət şirkəti yaradılır
11 SENTYABR
214

MDB-nin ən böyük elektron ticarət şirkəti yaradılır

2018-09-11 14:40:00

Çinin "Alibaba" Şirkətlər Qrupu ilə Rusiyanın "Megafon", "Mail.ru" şirkətləri və Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) Rusiya və Müstəqil Dövlətlər Birliyində (MDB) fəaliyyət göstərəcək ən böyük e-ticarət şirkətini yaradacaqlar. Fins.az xəbər verir ki, Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadiyyat Forumunda "Alibaba", "Megafon", "Mail.ru" və RDIF rəsmiləri tərəfindən tərəfdaşlıq müqaviləsi imzalanıb.

Müqavilə çərçivəsində başlanğıc dəyəri 2 milyard dollar olması gözlənilən, Rusiya və MDB-də fəaliyyət göstərəcək ən böyük e-ticarət şirkətinin yaradılması nəzərdə tutulur. "Aliexpress" şirkətinin də Rusiyadakı mövcud işləri sözügedən ortaq şirkətə veriləcək.

Müqavilə ilə Rusiyanın ən böyük telekommunikasiya şirkətlərindən "Megafon", yenə ölkənin ən iri internet şirkətlərindən "Mail.ru"dakı 10%-lik hissəsini, "Aliexpress Rusiya"dakı  24%-lik səhm qarşılığında "Alibaba" qrupuna təhvil verəcək.

Rusiyanın e-ticarət sektorunda bağlanmış "ən böyük" müqavilənin 2019-un ilk rübündə həyata keçirilməsi planlaşdırılır. "Aliexpress Rusiya" şirkətində"Megafon"ın 24 faiz, "Mail.ru"nun 15 faiz və RDIF-in 13 faiz payları olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258