DÜNYA

Pakistanın 13-cü prezidenti seçilib
04 SENTYABR
217

Pakistanın 13-cü prezidenti seçilib

2018-09-04 16:50:00

Pakistanda sayca 13-cü prezidenti seçkilərində səsvermə başa çatıb, Mərkəzi Seçki Komissiyası səslərin sayımı prosesinə başlayıb. Fins.az-ın məlumatına görə,"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 10:00-dan 16:00-dək keçirilib. Seçkilərin nəticələrinin artıq bu axşam elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu il dövlət başçısı vəzifəsi uğrunda üç namizəd - ümumi seçkilərdə qalib gələn Ədalət Uğrunda Hərəkat Partiyasının (Təhrik e İnsaf) nümayəndəsi Arif Alvi, Pakistan Xalq Partiyasının nümayəndəsi Aitzaz Əhsan, həmçinin bir neçə müxalifət birliklərinin nümayəndəsi Maulana Fəzl-ur-Rəhman mübarizə aparır.

Əlavə edək ki, səsvermə Pakistan Federal Parlamentinin aşağı və yuxarı palatalarının (Milli Assambleya və Senat), eləcə də ölkənin dörd əyalətinin qanunverici məclisinin 1174 deputat və senatoru arasında keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257