DÜNYA

Türkiyədə benzin və digər yanacaq növləri bahalaşıb
04 SENTYABR
281

Türkiyədə benzin və digər yanacaq növləri bahalaşıb

2018-09-04 10:41:00

Türkiyədə yanacağın qiymətində artımlar müşahidə olunur. Fins.az xəbər verir ki, bu haqda məlumat Türkiyə Enerji Neft Qaz Doldurma Stansiyaları İşəgötürən Həmkarlar İttifaqının (EPGİS) “Twitter” sosial şəbəkəsindəki hesabında qeyd olunub.

Vurğulanıb ki, ölkədə yenə də benzinin və digər yanacaq növlərinin istehlak vergisi artıb. Qərar bu gecə qəbul olunub.

Yeni qərara görə, Türkiyədə benzinin litri 51 kuruş (təxminən 13 qəpik), dizel yanacağı 56 kuruş (təxminən 15 qəpik) və sıxılmış qaz isə 28 kuruş (təxminən 8 qəpik) bahalaşıb.

Qeyd edək ki, ötən ay da Türkiyədə yanacaq bahalaşmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257